“Barselona” Maskerano ilə yolları ayırdı

barselona-maskerano-ile-yollari-ayirdi
Oxunma sayı: 1452

Xavyer Maskerano karyerasını Çində davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, argentinalı futbolçu “Hebey Fortun” klubu ilə 2 illik müqavilə imzalayıb.

Çin təmsilçisi 33 yaşlı müdafiəçini 10 milyon avro qarşılığında rənglərinə bağlayıb. Maskeranoya 2 il ərzində 19 milyon avro maaş veriləcək.

Qeyd edək ki, “Barselona” Maskeranonu 2010-cu ildə “Liverpul”dan 20 milyon avro qarşılığında transfer etmişdi.