“Barselona” “Real”ı darmadağın etdi - Video

barselona-reali-darmadagin-etdi
Oxunma sayı: 8776

İspaniya La Liqasında “El Klasiko” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Real Madrid” XI turda “Barselona”nı qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən görüş qonaqların 4:0 böyük hesablı qələbəsi ilə yekunlaşıb.

“Barselona”nın heyətində qolları Robert Levandovski (dubl), Lamin Yamal və Rafinya vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Qarşılaşmada vurulan qolları təqdim edirik: