“Barselona”nın baş məşqçsinin paylaşımı müzakirə yaratdı - Fotolar

barselonanin-bas-mesqcsinin-paylasimi-muzakire-yaratdi
Oxunma sayı: 3776

“Barselona”nın baş məşqçisi Hans Flik instaqramda etdiyi paylaşımla diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün “El Klasiko”da “Real”a 1:2 hesablı məğlubiyyətdən sonra ötən il komandalar arasında baş tutmuş və kataloniyalıların 4:0 hesablı qalibiyyəti ilə başa çatan matçın hesabını paylaşıb.

Flik paylaşımın üzərinə “hansının qisasını aldınız?” sözlərini yazıb.

Təcrübəli mütəxəssisin bu cür paylaşımı sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevrilib.