Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 5 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək.
Xatırladaq ki, noyabrın 19-da səhər saatlarında Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 5 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər