Baş Prokurorluq Astarada konfrans keçirəcək

bas-prokurorluq-astarada-konfrans-kecirecek
Oxunma sayı: 966

Baş Prokurorluq noyabrın 29-da Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.

Bu barədə “Qafqazinfo”ya qurumdan bildirilib.

“Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Konfrans çərçivəsində, həmçinin, Astara Rayon Prokurorluğunda media və qeyri-hökumət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir və Göyçay şəhərlərində regional konfranslar keçirib.