Başının üstündən uçan quşu dron zənn etdi - Video

basinin-ustunden-ucan-qusu-dron-zenn-etdi
Oxunma sayı: 768

ABŞ Prezidenti Donald Tramp çıxış edərkən başının üstündə uçan quşu pilotsuz təyyarə ilə səhv salıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Trampın Ağ Evin Gül bağında çıxışı zamanı baş verib.

“Dron olduğunu düşündüm. Onları bu günlərdə bütün ölçülərdə hazırlayırlar. Onlar çox dağıdıcı ola bilər, yəqin ki, bunu eşitmisiniz", - deyə Ağ Ev rəhbəri bildirib.

Trampın bu reaksiyası ətrafdakıların gülüşünə səbəb olub.