“Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq”

bayagi-musiqileri-aradan-cixartmaga-calismaliyiq
Oxunma sayı: 2188

“Bugünkü Musiqi Formu münasibətilə mən bütün incəsənət xadimlərini təbrik edirəm. Bizim musiqilərimizdəki problemlərin aradan qaldırılması, daha da inkişafı üçün belə bir Formun keçirilməsi vacibdir. Üç gün davam edən bu Formda mən düşünürəm ki, bəzi məsələlər gündəmə gələcək və bizim dövlətimiz, Mədəniyyət Nazirliyi tərəfindən bunlar nəzərə alınacaq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Musiqi Formunda Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova deyib.

“Bu gün gündəmdə olan, bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq. Bəzən bayağı mahnıların yayılmasında televiziya kanallarını günahlandırıram. Ona görə də biz bir çox verilişlərdən çəkilirik. Biz çəkildikcə onlara yer verilir”, - sənətçi əlavə edib.