Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində kimi dəstəklədiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “X” səhifəsində paylaşdığı məktubda məlumat verib.
Bayden bildirib ki, o, Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəkləyir.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.