Baydenə bunu arzuladı

baydene-bunu-arzuladi
Oxunma sayı: 2503

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydeni ad günü münasibətilə təbrik edib və ona qələbə arzulayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşü zamanı bildirib.

“Prezidentə ad günü münasibətilə ən xoş arzuları çatdırın. Biz ona qələbə arzulayırıq və o, harda olacağına özü qərar verəcək”, - deyə Zelenski vurğulayıb.

O qeyd edib ki, Ukrayna hakimiyyəti Baydenə çox minnətdardır. Zelenski həmçinin əlavə edib ki, Ukrayna rəhbərliyi ABŞ-nin davamlı dəstəyinə ümid edir.

Qeyd edək ki, bu gün Co Baydenin 81 yaşı tamam olur.