“Baydenin bu bəyanatı verməsi məni incidir” - Türkiyə lideri

baydenin-bu-beyanati-vermesi-meni-incidir
Oxunma sayı: 9061

"Evimdə məni ziyarət edəcək qədər mehriban insan olmasına baxmayaraq, Baydenin bu bəyanatı verməsi məni incidir".

"Qafqazindo" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.

"Kampaniya öncəsi Baydenin açıqlamaları var idi. Ərdoğanın aradan götürülməsi ilə bağlı. Bayden guya mənimlə şəxsi münasibəti olan birisidir. Nə yazıq ki, belə amansızca açıqlama verdi. Dil sürüşməsi deməyəcəyəm. Bu açıqlamadan sonra dəfələrlə bir araya gəlmişik. Özündən soruşduqda yan getməyə başladı. Mən Rusiya və ABŞ ilə dostam, Qərbdə bizə kin-küdurətlə yanaşanlarla da dostam. Hamı ilə yaxşı münasibət saxlayacaqsınız. Bu, sizə hər gün lazım olacaq" - deyə Ərdoğan bildirib.