“Bayraktar” Qarabağ Müharibəsinin göy üzündəki qəhrəmanı oldu” - Selçuk Bayraktar+Video

bayraktar-qarabag-muharibesinin-goy-uzundeki-qehremani-oldu
Oxunma sayı: 2171

“Bayraktar” PUA-ları müharibənin göy üzündəki qəhrəmanı oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, PUA-lar güc nisbətlərini dəyişdirib:

“Türk PUA-ları artıq göy üzünə hakimdir. Uğuru dillərə dastandır.

Müharibə 44 gün davam etdi. 44 gün ərzində dəstələr şəklində “Bayraktar TB-2” PUA-larımız kəşfiyyat, müşahidə işlərini yerinə yetirdi.

Bundan başqa, zirehli maşınları, top batareyalarını zərərsizləşdirdi. Hər cür meteoroloji hava şərtlərində işlədi.

Qarabağ müharibəsində çox inkişaf etmiş hərb sistemlərinə qarşı PUA-larımız təsirə məruz qalmadan işləməli idi. Hərəkat çox qısa müddətdə uğurla tamamlandı. İçimizdə qanayan o yara qapanmış oldu”.