Bazardakı bütün açıq alov mənbələri söndürülüb

bazardaki-butun-aciq-alov-menbeleri-sondurulub
Oxunma sayı: 1263

Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğındakı bütün açıq alov mənbələri söndürülüb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.