BMT öz büdcəsini azaltdı

<b>BMT öz büdcəsini azaltdı</b>
Oxunma sayı: 292

Beləliklə BMT son 50 ildə ikinci dəfədir ki, büdcə ixtisarı etmiş olur. Qurumun 5.41 milyard təşkil edən iki illik büdcəsi 2012 və 2013-cü il üçün 5.15 milyard dollar azaldılıb.

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, BMT-nin baş katibi Baş Assambleyanın bu qərarını alqışlayaraq, dünyanın hər yerində hökumətlər və insanların çətinlik çəkdiyini deyib. O bildirib ki, bu ölçü mövcud resurslar və qurumun mandatının həyata keçirilməsi üçün olduqca mühümdür.

Ban Ki Mun səyahət məsrəflərinın ixtisarı və 193 üzvlü təşkilatın resurslardan daha səmərli istifadə etməsi üçün təkliflər irəli sürüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi