Dalğa Gənclər Hərəkatının sədri “dəfn olundu”

dalga-gencler-herekatinin-sedri-defn-olundu-
Oxunma sayı: 662

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aksiya Xalid Bağırov və Elçin Namazovun vəkillər kollegiyasından çıxarılmasına və hüquq müdafiəçiləri – Leyla Yunus, İdrak Abbasov və digərlərinin evinin sökülməsinə etiraz olaraq keçirilib.

Aksiya zamanı 20-ə yaxın Dalğaçı iştirak edib. Dalğaçılar “qış bulvarı” üçün qazılmış dərəyə enərək “Hüquqlarımızı basdırdınız, bizi də basdırın”, “Vəkillərimizin vəkiliyik” şüarları olan plakatlar qaldırıblar. Aksiya zamanı Hərəkat üzvləri simvolik olaraq hərəkatın sədri Orxan Nəbiyevi “Qış bulvarı” üçün qazılmış ərazidə basdırıblar.

Aksiyaya polis müdaxiləsi olmayıb.