BDU-dan həbs olunan müəllimlə bağlı- - Açıqlama

bdu-dan-hebs-olunan-muellimle-bagli-
Oxunma sayı: 6934


"Qafqazinfo" bununla bağlı BDU-nun mövqeyini öyrənib. BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Kamran Əsədov əvvəllər universitetdə saat hesabı dərs keçsə də, heç vaxt ştatlı işçi olmayıb. Onun sözlərinə görə, həmin müəllimə bu il universitetdə, ümumiyyətlə, dərs yükü verilməyib. 

Xatırladaq ki , Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki , Kamran Əsədov Bakı şəhər sakinini Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb edib və cinayət başında yaxalanaraq haqqında Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi açılıb.

Maraqlıdır ki, Kamran Əsədovun tələbələri onun Facebook hesabında hadisəyə üzüldüklərini və inana bilmədiklərini bildiriblər. Sözügedən foto da Əsədovun facebook hesabından götürülüb.