Rusiya Prezidenti Vladimir Putin Belarusda Rusiyanın nüvə silahının yerləşdiriləcəyi tarixi açıqlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə danışıb.
Onun sözlərinə görə, hər şey plana görə gedir: “Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinə iyulun 7-8-i onlar üçün qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra start veriləcək”.