“Bələdiyyə sisteminin inkişafına yönələn addımların atılması təqdirəlayiqdir” - Təmraz Tağıyev

belediyye-sisteminin-inkisafina-yonelen-addimlarin-atilmasi-teqdirelayiqdir
Oxunma sayı: 1004

“Son aylarda Prezident Adminstrasiyasının və Ədliyyə Nazirliynin müvafiq qurumlarının həyata keçirdiyi layihələr nəticə etibariylə bələdiyyə sistemində canlanma yaradıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə deyib.

Sədrin sözlərinə görə, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmilləşdirilməsi və bu sistemin Administrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyələrin büdcə gəlirlərinin artmasına ciddi şəkildə təsir etməkdədir. Bununla yanaşı Bələdiyyələrə iş mərkəzinin dəstəyi ilə BAMS-ın mobil notariat sisteminə yaxın günlərdə  əlaqələndirilməsi bələdiyyələrin fəaliyyətinə müsbət yöndə təsir etməklə, həmdə qarşılaşdıqların çətinlikləri aradan qaldırlmasına təkan verəcək. Nəticə etibari ilə atılan addımlar həm də  bələdiyyələrin məsuliyyət yükünü bir xeyli artırmış olacaqdır.

Heydər Əliyev ilində Ulu öndərin yadigarı olan bələdiyyə sisteminin inkişafına yönələn addımların atılması təqdirəlayiqdir.

Rəhbərlik etdiyi bələdiyyənin fəaliyyətinə toxunan sədr daha sonra  Nərimanov bələdiyyəsində şəhid ailəsindən olan 6 nəfərin işlə təmin olunduğunu, 22 nəfər Vətən müharibəsi qazisinə hər ay yardım edildiyini və bundan başqa 11 nəfər şəhid övladına da dəstək göstərildiyini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, yerli demokratiyanın, özünüidarəetmənin inkişafında rolundan danışan T.Tağıyev Ümummilli Liderlə Səttarxan adına zavodda keçirilmiş görüşlə bağlı xatirələrini bölüşüb.

Bələdiyyə sədri Nərimanov rayonunda da ağacəkmə aksiyasının təşkil edilməsini məqsədəmüvafiq hesab edib. Bildirib ki, bələdiyyənin 7 hektar ərazisi var və burada yaşıllaşdırmanın aparılması təbiət və ətraf mühitin qorunması baxımından faydalı olar.