“Real”ın futbolçusu Cud Bellingem 12 oyunluq cəzalana bilər.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda “Osasuna” ilə matçda baş hakimi təhqir etməsidir.
İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.
Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellingem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.