Benzianın qolu ən yaxşı seçilə bilər - Video

benzianin-qolu-en-yaxsi-secile-biler
Oxunma sayı: 2022

Avropa Liqasında qrup mərhələsinin VI turunun “Ən yaxşı qolu” adına namizədlər məlum olub.

“Qafqazinfo” xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın “Hakken”ə vurduğu qol da var.

Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents Assinyon və Yunanıstanın “Olimpiakos” kollektivindən Daniel Podensedir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə səsvermə nəticəsində müəyyənləşəcək.