Beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - Fotolar

bes-hefte-sonra-ilk-defe-ictimaiyyet-qarsisina-cixdi
Oxunma sayı: 1293

Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk beş həftədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı canlı yayımı “Vatican News” portalı aparıb.

Belə ki, Papa ənənəvi bazar günü xeyir-duasını vermək üçün Romadakı Agostino Gemelli Xəstəxanasının pəncərələrindən birinin eyvanında görünüb. Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb.

“Hamınıza təşəkkür edirəm”, - deyə Papa bildirib.

Qeyd edək ki, ötən gün onu müalicə edən həkimlər ikiqat sətəlcəmdən sağalmış pontifikin evə buraxılacağını açıqlamışdı. Lakin 88 yaşlı Papa iki ay istirahət etməlidir.