“Beşiktaş” ötən gecə Avropa Liqasının Liqa mərhələsində məğlub etdiyi “Lion”un illər əvvəlki paylaşımına cavab verib.
“Qafqazinfo” xəbər verir ki, klub bu barədə rəsmi “X” hesabında paylaşım edib.
Belə ki, Türkiyə təmsilçisi “Lion”un 7 il öncə “aslanlar arasında tənha qartal” paylaşımına fransızca cavab verib.
Paylaşımda qeyd edilir: “Yalnız qartal, amma pişiklərin üstündə...”
Bundan əlavə “Lion”un loqosundakı şiri pişiklə əvəzləyərək bu sözlər qeyd olunub: “Sizin üçün yeni loqo”.
Xatırladaq ki, “Lion” 2017-ci ildə Avropa Liqasının 1/4 finalında “Beşiktaş”ı penaltilər seriyasında 7:6 hesabı ilə məğlub edib.
Ötən gün keçirilən görüş isə “Qartallar”ın 0:1 hesablı qələbəsi ilə yekulaşıb.
Sözügedən paylaşımları təqdim edirik:


Son xəbərlər
Son Xəbərlər