“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi - Video

besiktas-fenerbaxcani-meglub-etdi
Oxunma sayı: 3330

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.

Matç “qara qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.

Qeyd edək ki, hazırda “Beşiktaş” 25 xalla turnir cədvəlində 4-cü, “Fənər” isə 32 xalla 2-cidir.