“B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi gələcəyin 100 qlobal qadını siyasında - Fotolar

best-solutions-azerbaijan-sirketinin-tesiscisi-geleceyin-100-qlobal-qadini-siyasinda
Oxunma sayı: 6545

Asan İmza mobil elektron imzanın operatoru - “B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərə görə tanındı və Yeni texnologiyalarda gələcəyin 100 qlobal qadını siyasının ikinci cildinə daxil edildi. Texnologiya sahəsində digər qlobal qadın liderlərlə birlikdə bu nüfuzlu tanınma onun bu sahədə lider və novator kimi rolunu, yeni texnologiyalar dünyasına fəal şəkildə təsirini bir daha təsdiqləmiş olur.

Global Village Publishing Inc ilə birgə əməkdaşlıqda yaradılan "Gələcəyin qadınları" yeni texnologiyalar sahəsində yenilikçi qadınları təmsil etmək və qeyd etmək məqsədi daşıyır. “Gələcəyin qadınları” təşəbbüsü əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsi üçün qadınların dəstəkləməsinə həsr olunub. Ümumi məqsəd real dünyada faydalı nəticələr əldə etmək üçün bu texnologiyalardan bir güc kimi istifadə etməkdir.

Jana Krimpe, yeni texnologiyalar dünyasını formalaşdıran və onların bütün dünya üzrə qəbul edilməsinə təsir edən 100 nəhəng qadından biri oldu. Qaliblər arasında Olimpiya Lepoint kimi nüfuzlu və görkəmli şəxsiyyətlər var. Qeyd edək ki, o, “People” jurnalı tərəfindən “Müasir Səhnəarxası Qadın” adlandırılmış, bundan əlavə raket alimi mükafatına layiq görülmüş, 26 milyon tamaşaçı tərəfindən izlənilən TED-də müəllif və məruzəçi olmuşdur. Newsweek-də dərc olunan beynəlxalq səviyyədə tanınan bir alim kimi Lepoint ümumilikdə 28 olmaqla, o cümlədən NASA Endeavour, Discovery, Columbia və Atlantis kosmik gəmilərinin buraxılmasına kömək etmişdir.

Kerstin Styuart ABŞ-da Twitterin keçmiş vitse-prezidenti, Twitter Kanadanın yaradıcısı və Random House-un ən çox satılan "Our Turn" biznes liderliyi məsələləri üzrə kitabının müəllifidir. Karin de Meyr Klinton Fondunun təsisçisi və üzvü, Niderland- Amerika Fondunun (NAF) İdarə Heyətinin üzvü və Mələk biznesmenlərin Ümumdünya Forumunun Nederland senatorudur.

Nonni de la Penya, elmlər doktoru, virtual və AR-ın ən nüfuzlu yenilikçilərindən biri kimi tanınır və bu yaxınlarda Wall Street jurnalı tərəfindən İlin Texniki İnnovatoru seçilmişdi. Engadget və The Guardian xəbər jurnalları onu "Virtual reallığın xaç anası" adlandırırlar.

Linda Yohansson Volvo Cars, Lynk & Co, Knowit və Nexer kimi şirkətlərdə rəhbər vəzifələrdə 25 ildən artıq İT və e-ticarət təcrübəsi ilə İsveçdə ən yaxşı 100 ictimai məruzəçilərdən biridir. O, Swedish Metaverse Center AB-dəki işi sayəsində İsveçdəki Metaverse-in rəsmi nümayəndəsi olmuşdur. Şelli Bransvik Space Foundation Baş direktoru və SpaceNews və Forbes Technology Council da daxil olmaqla istehlakçı, texnologiya və kosmosa həsr olunan jurnalların müəllifidir. Piko Velaskes Viira Inc-in təsisçisi və baş direktoru, həmçinin Ümumdünya İqtisadi Forumunda AR/VR Qlobal Gələcək Şurasının üzvü və bir çox digər tanınmış qadınlar vardır.

Bu əlamətdar nailiyyətə əlavə olaraq, Jana Krimpe bir neçə həftə əvvəl Azərbaycan nümayəndəsi kimi “Rəhbər” kateqoriyasında nüfuzlu Mastercard Women SME Leaders Award 2023 layiq görülmüşdür. Mastercard və Entrepreneur Middle East jurnalı tərəfindən birgə yaradılan bu mükafat Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda qadın biznes liderlərinin görkəmli nailiyyətlərini tanıyır. “Rəhbər” kateqoriyasında qalib kimi xanım Jana Krimpe digər qalib lider qadınlarla birgə regionda dəyişikliklərə rəhbərlik edən ruhlandırıcı qadın liderlər qrupuna qoşulur. Bu il Mastercard Entrepreneur Middle East jurnalı ilə əməkdaşlıqda Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə 4500-dən çox nominasiya üzrə 22 sahibkar qadının uğurunu tanımışdır.

Women SME Leaders Awards 2023 mükafatının münsiflər heyətinə Mastercard şirkətində Şərqi Avropa, Yaxın Şərq, Avropa və Afrika (EEEMEA) regionunda bazarın inkişafı üzrə icraçı vitse-prezident Əmnə Əcməl, Tamara Pupich, Entrepreneur Middle East jurnalının baş redaktoru və Women Choice jurnalının təsisçisi və baş direktoru Neja Alaui daxil olmuşdur.

Jana Krimpenin digər “Gələcəyin qadınları” birlikdə nailiyyətləri yenilikçi ruhunu, kollektiv şəkildə hüquq və imkanların genişləndirilməsini nümayiş etdirir. Jana Krimpe: “Global Top 100 Women of the Future in Emerging Tech siyahısında belə müstəsna qadınlarla yanaşı olmaqdan çox qürur duyuram. Bu tanınma mənim inanılmaz B.EST Solutions komandamın sadiqliyi, eləcə də yeni texnologiyalar sahəsini təqdim edən böyük imkanları əks etdirir. Mən “Women of the Future” tərəfindən təqdim olunan bu fəxri ada görə hədsiz minnətdaram. Və mən son 10 ildə 2000-dən çox müxtəlif elektron xidmətlərə inteqrasiya olunan “Asan İmza” mobil elektron imza xidmətlərini təqdim edən komandamızın Azərbaycanda əldə etdiyi nailiyyətlərə görə Mastercard-dan aldığım qiymətdən hədsiz qürur duyuram”, - deyə təşəkkürünü bildirmişdir.

Women of the Future, tərəfdaşları ilə əməkdaşlıq edərək, bu mütərəqqi nailiyyətlərdən real dünyada müsbət dəyişikliklər üçün güc kimi istifadə edərək, yeni texnologiyalar sahəsində qadın-pionerlərin nailiyyətlərini qeyd etməyə çalışır. Layihə güclü qadınlar vasitəsilə gələcək üçün yeni imkanlar yaratmaq kimi ümumi məqsədi paylaşan kişilərlə tərəfdaşlıq etməkdən qürur duyur.

Jana Krimpenin fəaliyyəti haqqında

Xanım Jana Krimpe e-hökumət, rəqəmsal identitet və e-imza texnologiyası sahəsində tanınmış vizionerdir. Əvvəllər o, Estoniya Respublikasının iki prezidentinin müşaviri vəzifəsində çalışmışdır. İnnovativ İKT həllərinin tətbiqində 20 ildən artıq təcrübəsi ilə o, beynəlxalq dairələrdə uğurlu mütəxəssis kimi möhkəm reputasiya qazanmışdır.

The Financial Times və Google Jana Krimpenin töhfəsini 100 dəyişiklik təşəbbüsçüsündən biri kimi tanıdı. O, həmçinin Amerikanın One World Identity tərəfindən tərtib edilən rəqəmsal identitet sahəsində 100 nüfuzlu şəxsiyyətin beynəlxalq siyahısına daxil edilmişdir. Xanım Krimpe nüfuzlu Mastercard Women SME Leaders Awards-ın “Rəhbər” mükafatının qalibidir və yeni texnologiyalar vasitəsilə dünyaya təsir edən dünyanın 100 aparıcı qadını TOP 100 Women of the Future siyahısına daxil olmuşdur.

O, həmçinin LinkedIn rəqəmsal platformasında 30 ən populyar qlobal inflyuenserlərdən biri kimi tanınır. Jana Krimpe BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Amerikanın Milli Standartlar və Texnologiya İnstitutu tərəfindən tanınmış aparıcı rəqəmsal identitet sahəsində fəaliyyət göstərən B.EST Solutions lider -şirkətinin təsisçisi və direktorudur.

Xanım Krimpe Mobil İdentitet üzrə Konsorsiumun rəhbəri və Qlobal Etibar Fondunun məsləhətçisidir. Həmçinin o, texnologiya sahəsində qadınları dəstəkləyən “FEMMES DIGITALES” İctimai Birliyinin təsisçisi və Estoniya-Azərbaycan Ticarət və Sənaye Palatasının sədridir.

O, e-Hökumət sahəsində həllərin uğurla reallaşdırılması və tətbiqi ilə bağlı həmkarları ilə birlikdə qazandıqları təcrübəyə əsaslanaraq öz ekspert fikirlərini həvəslə bölüşür. Xanım Krimpe Dünya İqtisadi Forumu və BMT-nin İqtisadi və Sosial Komissiyası kimi müxtəlif beynəlxalq forumlarda fəal iştirak edir. Onun işi sosial, iqtisadi və siyasi inkişafa töhfə verən dövlət tərəfindən təqdim olunan identitet və imzaların rəqəmsal idarə edilməsi üsullarının genişləndirilməsinə və yenidən müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. O, həmçinin şəffaf biznes mühitinin formalaşmasına təsir edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, xanım Krimpe bütün dünya üzrə keçirilən böyük tədbirlərdə iştirak edən və Azərbaycanın nailiyyətlərini təqdim edən spiker və dəyirmi masa iştirakçısıdır. Onun əhəmiyyətli töhfəsi ekspert (Asiya və Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət və Nəqliyyat üzrə BMT eksperti) qismində bir sıra beynəlxalq və milli məruzələrdə də öz əksini tapıb.