Beyləqanda Od çərşənbəsi qeyd olundu - Fotolar

beyleqanda-od-cersenbesi-qeyd-olundu
Oxunma sayı: 406

Novruz ərəfəsində təbiətin oyanışını, istiliyin və işığın qayıdışını, insanların qəlbində saflaşma və yenilənmə arzularını simvolizə edən Od çərşənbəsi Beyləqan rayonunun Birinci Aşıqlı kəndində coşqu ilə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, rayon prokuroru Elşad Əzimov, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, başçının müavinləri, şöbə və sektor müdirləri, aidiyyəti şəxslər, şəhid ailələri, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Şənlik zamanı Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri milli rəqs ilə qədim adətlərimizi canlandırıblar, Novruzun ruhunu əks etdirən mərasimlər nümayiş olunub, həmçinin Beyləqan rayon Mədəniyyət nümayəndəliyi möhtəşəm konsert proqramı ilə iştirakçılara unudulmaz anlar yaşadıb.

Od çərşənbəsinin alovlanan tonqalı ətrafında toplaşan insanlar həmrəylik və birliyin parlaq nümunəsini göstərərək Novruzun gəlişini sevinc, ümid və xoş ovqatla qarşılayıblar. Beyləqan torpağında baharın ikinci müjdəsi səmimi təbəssümlər, coşğun alqışlar və qəlblərdə yaranan xoş ovqatla unudulmaz izlər qoyub.