Beyləqanın kəndlərində həyətyanı sahələri su basdı - Fotolar + Video

beyleqanin-kendlerinde-heyetyani-saheleri-su-basdi
Oxunma sayı: 3036

Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasıb.

Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.