“Beynəlxalq tərəfdaşlar Ermənistandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb etməyiblər”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Katrin Kolonna ilə birgə mətbuat konfransında bildirib.
“KTMT-yə gəlincə, sizi əmin edə bilərəm ki, tərəfdaşlarımız heç vaxt bizdən bu təşkilatı tərk etməyi tələb etməyiblər”, - deyə Ermənistan XİN rəhbəri vurğulayıb.