Bəzi şəxslərin onkoloji müalicələri - İcbari tibbi sığortaya salınacaq

bezi-sexslerin-onkoloji-mualiceleri
Oxunma sayı: 542

“Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur. Bu, ümumi xərclərin 41%-dir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaq. Bu, xərclərin 12.6%-dir. 

Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu, xərclərin 4.9%-dir.

İcbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək. 

Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır”, - Baş nazir qeyd edib.

Nuranə Daxilqızı