Hakimiyyətlə Qarabağ tərs mütənasibdir

hakimiyyetle-qarabag-ters-mutenasibdir
Oxunma sayı: 644

Yəqin təəccübləndiniz? Təəccüblənməyin. Hələ üstəlik deyə bilərəm ki, kaş dediklərim ikiqat artıq olaydı, amma qalalılar da Şuşada olaydı. Biz də yaydan-yaya ora gedəydik. Onlar da bizi qıcıqlandırmaq üçün deyəydi: “Peşqurtlar gəldilər yenə”.
Təəccüblənməyin və sözlərimin səmimiliyinə inanın.
Hərdən deyirlər ki, Azərbaycan cəmiyyəti sadaladığım xəstəliklərdən qurtulmasa, Qarabağ azad olunmayacaq. Əslində bunu deyənlərin formal məntiqini başa düşürəm. Amma sual edirəm: Bu xəstəliklərdən Ermənistanda yoxdumu?

Var. Öü də elə bizdəki kimi.

Amma bizim cəmiyyətin xəstəliyi hamını daha çox narahat edir. Niyəsini söyləmək çətin deyil. Amma niyəsini deməzdən əvvəl bir bənzətmə edəcəm.

Unutmayın, Qarabağ istəyi ilə hakimiyyət istəyi tərs mütənasibdir.

Bir il əvvəlki bəyanat müharibəsini yadınıza salın. Rəsmi Bakı Qarabağ barədə bəyanat verdikcə, beynəlxalq təşkilatlar da Azərbaycanda demokratiyanın olmadığı və insan haqlarının tapdandığı barədə bəyanatlar verdilər. Bu, rəsmi Bakıya sanki bir hədə idi.

İndi rəsmi Bakı Qarabağ barədə, Qarabağı hərbi yolla almaq barədə az danışır. Beynəlxalq təşkilatlar da Azərbaycanda insan haqları ilə bağlı bəyanatları azaldıb.

Azərbaycanın Qarabağa sahibliyini bərpa etməsi üçün yalnız fədailərə ehtiyac var. Amma indi insanlar ifrat praqmatikləşib. Hamı fikirləşir ki, niyə axı mən fəda olmalıyam, kimsə kef çəkməlidir. Qoy kimsə fəda olsun, mən kef çəkim.

Bunun da səbəbi odur ki, insanlar fədailərin aqibətini yox, bəhrələnənlərin aqibətini yaşamaq istəyir.

Vəssəlam!

O ki qaldı, sözümün əvvəlində dediyim məsələyə, Ağdamda, Şuşada fədailərin qiymətini bilirdilər. Ona görə də cəmiyyətin xəstəlikləri qorxulu deyildi...