Biləsuvarda kənd sakinləri arasında qanlı mübahisə - Ölən var+Yenilənib

bilesuvarda-kend-sakinleri-arasinda-qanli-mubahise
Oxunma sayı: 976

Biləsuvarda qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, kənd sakinləri arasında davam edən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıcaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

Avqustun 13-də saat 20 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.