Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

bir-ailenin-uzvleri-qezaya-dusdu
Oxunma sayı: 1306

Biləsuvarda ağır yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

Qəzada avtomobildə bir ailənin üzvləri olub. İlkin məlumata görə, sürücü və qayınana  ölüb. Maşında olan 3 nəfər ailə üzvü xəsarət alıb.

***

Qəzada həyatını itirənlərin kimliyi məlum olub.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü Tacəddin Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər. Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov