Biləsuvarda maşın aşdı - Həkim yaralandı-Foto-Yenilənib

bilesuvarda-masin-asdi
Oxunma sayı: 2168

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada ağır bədən xəsarəti alan qadın sərnişin rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı, Beyləqan rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Sücaət Qardaşxan qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında zəruri tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıblar.

İlkin məlumata görə, S.Məmmədovanın qolu amputasiya olunub.

Qeyd edək ki, Sücaət Məmmədova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist olaraq çalışır.

Fotoda S.Məmmədova

Surxay Şahbazov