Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Xəyal Quliyev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən yeniyetməni vurub.
Kənd sakini 2010-cu il təvəllüdlü N.T. adlı yeniyetmə qız aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin durumu ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəni törədən sürücü və piyada qohumdur.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan yeniyetmə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, məktəbli qızı avtomobili ilə vuran Xəyal Quliyev anasını əməliyyat üçün xəstəxanaya aparıb. Hadisə o, xəstəxanadan evə dönərkən baş verib.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər