Biləsuvarda şəhid dəfn olundu - Foto

bilesuvarda-sehid-defn-olundu
Oxunma sayı: 3256

 Vətən müharibəsində şəhid olmuş əsgər Vüsal Qəmbərli Biləsuvar rayonunda Günəşli kənd qəbiristanlığında dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı mərhumun atasına təqdim edilib.

Qeyd edək ki, Vüsal Qəmbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Şəhidimiz Vətən müharibəsinə könüllü olaraq qatılmışdı və 2 aya yaxın idi ki, itkin hesab edilirdi. Evli olub, ilk övladı yaxın vaxtlarda dünyaya gələcək. 

Allah rəhmət eləsin!

Surxay Şahbazov