Biləsuvardakı “qəza yolu”nda növbəti insident

bilesuvardaki-qeza-yolunda-novbeti-insident
Oxunma sayı: 3347

Biləsuvarda “qəza yolu” kimi tanınan Biləsuvar-Bəhrəmtəpə magistralında növbəti avtomobil qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə magistralın rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bərdə rayonunun Türkmən kənd sakini Sədaqət Novruzova idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Qəza zamanı xanım sürücünün həmkəndliləri olan sərnişinlər - Əsədova Cəmilə Hüseyin qızı (1966-cı il təvəllüdlü) və Həsənova Qətibə Məhəbbət qızı (1984) kəllə-beyin travması və digər bədən xəsarətləri alıblar. 2016-cı il təvəllüdlü Həsənzadə Tunar Rafayıl oğlu isə yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, bu günlərdə Biləsuvar rayonun Səmədabad kəmdinin sakinlərinin sözügedən yolla bağlı “Qafqazinfo”ya müraciət etmişdilər.

Surxay Şahbazov