Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Bakıda daha bir qanunsuz tikili sökülüb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində fiziki şəxs Yoldaşov Emil Eynulla oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilib.
Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.
Son xəbərlər
Son Xəbərlər