Binəli Yıldırım xəstəxanadan evə buraxıldı - Yenilənib + Foto

bineli-yildirim-xestexanadan-eve-buraxildi
Oxunma sayı: 6835

12:03

Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın Türkiyədə xəstəxanada müalicəsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin vitse-prezidenti Fuat Oktay öz rəsmi tviter hesabında paylaşıb.

Həmçinin oxuyun: “Была серьезная авария, меня оперировали дважды” - Бинали Йылдырым

Onun sözlərinə görə, o, xəstəxanada Binəli Yıldırım və millət vəkili Şamil Ayrıma baş çəkib: “Hər ikisinin vəziyyəti yaxşıdır, çox şükür”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.

13:07

“NTV” telekanalının ​məlumatına görə, Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.

Siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib:

“Avtomobil bir neçə dəfə aşdı, ağır qəza keçirdik. Hadisə nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. İki dəfə əməliyyat olundum.

Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. İki qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılaşacaq.  

Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”.