Binəqədidə 20 Yanvar şəhidləri anıldı

bineqedide-20-yanvar-sehidleri-anildi
Oxunma sayı: 1798

Yanvarın 17-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda məlumat saatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı Sayalı Sadıqova, RİH başçısı Aparatının şöbə və sektor müdirləri, “20 Yanvar Cəmiyyəti” Binəqədi rayonu şöbəsinin, ictimai birliklərin üzvləri və gənclər iştirak ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin, 20 Yanvar hadisələri zamanı, dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sevinc Süleymanova çıxış edərək söyləyib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.