Binəqədidə bayram konserti təşkil olunub

bineqedide-bayram-konserti-teskil-olunub
Oxunma sayı: 1475

Ötən gün Binəqədi rayonunda Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı bayram konserti təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.