Bir ailənin 11 üzvü asılmış halda tapıldı

bir-ailenin-11-uzvu-asilmis-halda-tapildi
Oxunma sayı: 8234

Hindistanın paytaxtı Yeni Delhinin Burari qəsəbəsində bir evdə eyni ailənin 11 üzvünün cəsədi tapılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, cəsədlərdən 10-u gözübağlı halda tavandan asılı, biri isə yerdə uzadılmış şəkildə olub. Meyitlər tibbi ekspertizaya göndərilib. Hadisənin intihar və ya cinayət olub-olmaması araşdırılır.

Meyitlərin üzərində zorakılıq əlamətlərinə, evin qapısında şübhəli izlərə, hər hansı intihar məktubuna rast gəlinməyib.