Amerikanın təşəbbüsü ilə Hörmüz boğazının blokadasında ABŞ-dən başqa ölkələr də iştirak edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalının müxbirləri ilə görüşü zamanı bildirib.
“Başqa ölkələr də bunu edəcək. Açığı, bizim başqa ölkələrin köməyinə ehtiyacımız yoxdur, lakin onlar öz xidmətlərini təklif ediblər və biz də onlara icazə verəcəyik”, - Ağ Ev lideri deyib.
Tramp əlavə edib ki, ABŞ-yə blokadada kömək edəcək ölkələrin siyahısını çərşənbə axşamı açıqlayacaq.
Son xəbərlər
Son Xəbərlər