Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - Yenilənib

bir-ailenin-4-uzvu-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1223

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 16-sı saat 10:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara qazların toksiki təsiri diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.