“Bir az vaxt lazımdı”

bir-az-vaxt-lazimdi
Oxunma sayı: 635

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Rumıniyada “Astra”ya 3:1 hesabı ilə məğlub olan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, gənc mütəxəssis futbolçularının əzmkarlığından məmnun qaldığını bildirib.

Abbasov Bakıda daha yaxşı çıxış edəcəklərini dilə gətirib: “Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Məhsuldar heç-heçə bizi qane edirdi. Fasilədən sonra diqqətsizlik ucbatından 2 qol buraxdıq. Lakin futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdı. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik”.