Bir ildən sonra ölüm səbəbi açıqlandı

bir-ilden-sonra-olum-sebebi-aciqlandi
Oxunma sayı: 3640

2022-ci il mayın 26-da yuxuda olarkən dünyasını dəyişən Hollivud aktyoru Rey Liottanın ölüm səbəbi açıqlanıb.

“Qafqazinfo” TMZ portalına istinadən xəbər verir ki, aktyor nəfəs çatışmazlığından vəfat edib.

67 yaşlı R. Liottada, həmçinin ağciyər ödemi, kəskin ürək çatışmazlığı və ateroskleroz müşahidə olunub.

Qeyd edək ki, aktyor Dominikan Respublikasında dünyasını dəyişib. R. Liotta orada “Təhlükəli sular” filminə çəkilirdi.  

Həmçinin oxuyun: Бывший полицейский совершил суицид - Фото