Bir zamanlar “Bayer”, indi isə “Qarabağ”

bir-zamanlar-bayer-indi-ise-qarabag
Oxunma sayı: 4282

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma nəticələrindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Footbal24.ru” məlumat yayıb.

Bu gün keçirilən püşkatmanın nəticələrinə görə, Ağdam təmsilçisi növbəti mərhələdə Lunyovun əvvəllər formasını geyindiyi “Bayer”lə qarşılaşacaq.

“Bu “Bayer”dir, turnirin favoritlərindən biridir. Əgər “Slaviya” ilə düşsəydik, daha asan olardı. Amma düşünürəm ki, indiki mərhələdə zəif rəqiblər yoxdur”, - deyə Andrey bildirib.