Bit dərmanından zəhərlənən uşaqlar Bakıya gətirildilər

bit-dermanindan-zeherlenen-usaqlar-bakiya-getirildiler
Oxunma sayı: 3774

Ötən gün Göygöldə saçlarına vurulan bit əleyhinə dərmandan zəhərlənən 4 uşağın vəziyyəti açıqlanıb.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.

Xəbəri rus dilində oxuyun: Детей, отравившихся лекарством от вшей привезли в Баку

2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir.

Qeyd edək ki, uşaqlar saçlarında olan biti öldürmək məqsədilə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən “Niastol” adlı kimyəvi maddəni saçlarına vurublar. Bundan sonra onlar zəhərləniblər.