Blinkenin Çinə səfəri buna görə təxirə salındı

blinkenin-cine-seferi-buna-gore-texire-salindi
Oxunma sayı: 1942

ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə rəsmi səfəri təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin hava məkanında Çinə məxsus olduğu bildirilən hava şarının aşkarlanmasıdır.

ABŞ Müdafiə Nazirliyi Çinə aid olduğu iddia edilən kəşfiyyat şarının ABŞ materikinin üzərində uçduğunu və Amerika ordusunun şarı izlədiyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə hava şarının meteoroloji araşdırmalar üçün istifadə edildiyi və küləklər tərəfindən sürüklənərək səhvən ABŞ hava sahəsinə daxil olduğu bildirilib.