BMT 2022-ci il üçün büdcəsini təsdiqlədi

bmt-2022-ci-il-ucun-budcesini-tesdiqledi
Oxunma sayı: 1523

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası təşkilatın gələn il üçün 3,122 milyard ABŞ dolları məbləğində illik müntəzəm büdcəsini təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin büdcəsi əvvəlki ilə nisbətən bir qədər aşağıdır.

Müntəzəm büdcə BMT-nin siyasi məsələlər, beynəlxalq ədalət və hüquq, inkişaf üçün regional əməkdaşlıq, insan hüquqları və humanitar məsələlər və ictimai məlumat da daxil olmaqla, bir sıra sahələr üzrə fəaliyyətini əhatə edir.

Qeyd edək ki, BMT-nin sülhməramlı əməliyyatları üçün ayrıca büdcəsi var. 30 iyun 2022-ci ildə başa çatacaq maliyyə ili üçün sülhməramlı büdcə 6,38 milyard dollar təşkil edir.