BMT-nin baş katibi dünyanı qlobal sistem qurmağa çağırdı

bmt-nin-bas-katibi-dunyani-qlobal-sistem-qurmaga-cagirdi
Oxunma sayı: 1336

“COVID-19 pandemiyası dünyanı hazırlıqsız yaxaladı”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin tvitter paylaşımında deyilir.

Baş katib böhranla mübarizə üçün yeni təklif irəli sürüb:

“Təcili olaraq böhranla mübarizə aparmaqla yanaşı, fəlakətlərə çevrilmədən əvvəl problemlərlə məşğul olan qlobal bir sistem qurmalıyıq”.

A.Quterreş dünyanı bu əzabın təkrarlanmaması üçün qərar verməyə çağırıb.