BMT TŞ bu ölkəyə missiya göndərəcək

bmt-ts-bu-olkeye-missiya-gonderecek
Oxunma sayı: 2048

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Haitiyə beynəlxalq qüvvələrdən ibarət missiyanın göndərilməsi barədə qətnamə qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar Haitinin Baş naziri Ariel Henrinin hərbi yardım çağırışından sonra verilib.

BMT Baş katibi Antonio Quterreş də beynəlxalq ictimaiyyəti belə bir missiyanı dəstəkləməyə çağırıb.

Qərar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənsə də, missiyaya nəzarəti rəsmi olaraq BMT həyata keçirməyəcək.

Missiyaya rəhbərliyi Keniyanın edəcəyi gözlənilir.

Qeyd edək ki, həmin missiyanın göndərilməsinə səbəb Haitidə baş verən terror hadisələri və siyasi gərginlikdir.