Neft Şirkətindən şok anlaşma!

neft-sirketinden-sok-anlasma
Oxunma sayı: 1395

Ölkənin bütün ərazisində qazlaşdırılma işlərinin aparılması üzrə tenderdə “Qlobal Serviz” MMC şirkətinin digər 45 yerli şirkətlə yaratdığı alyans qalib gəlib. Qeyd edəkki, “Qazlaşdırılma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması” üzrə tenderin son mərhələsində 3 şirkət iştirak edib. Bunlar Türkiyənin “Tekfen” yerli “Olimp mühəndislik” və “Qlobla Servis” şirkətləridir.

Artıq “Azəriqaz”la “Qlobal Servis” MMC arasında bununla bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri 1mlrd. 71mln. 63 min manat təşkil edir. Müqaviləyə uyğun olaraq Azərbaycanda həyata keçirilən bütün qaz layihələri bu şirkətə həvalə edilib və şirkəti bütün ölkənin qazlaşdırmasını həyata keçirəcək. Həmin sərəncamlara əsasən, gələn ilin sonunadək ölkə ərazisinin 95%-i qazlaşdırılmalıdır: “Söhbət həm Bakının, həm rayonların, həm də kəndlərin qazlaşdırılmasından gedir”